İranda daha bir etirazçı edam edildi - FOTO 

İranda daha bir etirazçı edam edildi - FOTO 

Hazırda oxunan: İranda daha bir etirazçı edam edildi - FOTO 

109102

Məşhəd şəhərində Məcidrza Rəhnəvərd ictimaiyyətin gözü önündə dar ağacından asılıb. 

Bizim.Media “Təsnim” agentliyinə istinadən xəbər verir ki, bu barədə İranın Xorasan-e Rəzəvi əyalətinin ədliyyə idarəsinin rəisiı Qulaməli Sadeqi bildirib. 

Onun sözlərinə görə, edam hökmü “əmin-amanlığın, təhlükəsizliyin bərpa olunması uğrunda qiyamçılara və qanunu pozanlara qarşı mübarizə” çərçivəsində icra olunub. 

Bildirilib ki, İran İnqilab Məhkəməsinin Məşhəddəki idarəsi Məcidrza Rəhnəvərd barəsində 23 gün öncə ölüm hökmü çıxarıb. Hökm dekabrın 12-də səhər saatlarında icra olunub. 
Qeyd edək ki, bu, barəsində ölüm hökmü çıxarılan ikinci edamdır. Bundan əvvəl Möhsün Şekari dar ağacından asılmışdı.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO