Serbiya prezidenti Təhlükəsizlik Şurasının təcili iclasını çağırdı

Serbiya prezidenti Təhlükəsizlik Şurasının təcili iclasını çağırdı

Hazırda oxunan: Serbiya prezidenti Təhlükəsizlik Şurasının təcili iclasını çağırdı

109058

Serbiya prezidenti Aleksandr Vuçiç Kosovonun şimalında vəziyyətin gərginləşməsi ilə əlaqədar Milli Təhlükəsizlik Şurasının təcili iclasını keçirəcək. 

Bizim.Media  xəbər verir ki, bu barədə informasiyanı Serbiyanın RTS milli televiziyası yayıb.

Mənbə yazır ki, iclas yerli vaxtla saat 19:00-da baş tutacaq.

Telekanalın məlumatına görə, fövqəladə iclasın çağırılması Kosovonun baş naziri Albin Kurtinin bazar günü axşama qədər Kosovonun şimalında magistral yollardakı barrikadaların aradan qaldırılması üçün serblərə ultimatum verməsindən sonra elan edilib. Əks halda Kosovo polisi vəziyyətə müdaxilə edəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO