“Azərbaycanla əlaqələri genişləndirmək niyyətindəyik” – Berdiməhəmmədov 

“Azərbaycanla əlaqələri genişləndirmək niyyətindəyik” – Berdiməhəmmədov 

Hazırda oxunan: “Azərbaycanla əlaqələri genişləndirmək niyyətindəyik” – Berdiməhəmmədov 

108871

Biz Azərbaycanla qarşılıqlı fəaliyyəti genişləndirmək və dərinləşdirmək üçün lazımi tədbirləri davam etdirməliyik. 

Bizim.Media "Neytral Türkmənistan" qəzetinə istinadən xəbər verir ki, bunu Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov ölkənin Nazirlər Kabinetinin geniş iclasında deyib. 

"Belarus, Ukrayna, Moldova, Azərbaycan, Ermənistan və Gürcüstanla münasibətlərimiz sabitdir. Bu dövlətlərlə qarşılıqlı fəaliyyətə önəm verərək, əməkdaşlığı yeni məzmunla zənginləşdirməyə çalışırıq. Biz bu ölkələrlə qarşılıqlı fəaliyyəti genişləndirmək və dərinləşdirmək üçün lazımi tədbirləri davam etdirməliyik", - deyə S.Berdiməhəmmədov bildirib. 

S.Berdiməhəmmədov qeyd edib ki, Türkmənistan Türk Dövlətləri Təşkilatı ilə əməkdaşlığı səmərəli şəkildə inkişaf etdirir. 

"Ötən ilin noyabrından ölkəmiz TDT-nin fəaliyyətində müşahidəçi statusunda iştirak edir. Həmçinin Türkmənistanda Türk Dövlətləri Təşkilatının müxtəlif tədbirlərinin, o cümlədən yüksək səviyyəli görüşlərin keçirilməsi üçün müvafiq işlər görülməlidir", - deyə Türkmənistan Prezidenti əlavə edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO