Avropa Parlamentində KORRUPSİYA QALMAQALI - Sədr müavini SAXLANILDI

Avropa Parlamentində KORRUPSİYA QALMAQALI - Sədr müavini SAXLANILDI

Hazırda oxunan: Avropa Parlamentində KORRUPSİYA QALMAQALI - Sədr müavini SAXLANILDI

108853

Belçikada Avropa Parlamentinin (AP) sədr müavini italiyalı keçmiş deputat Pyer-Antonio Panzeri və Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının rəhbəri Luka Visentini saxlanılıb.

Bizim.Media xəbər verir ki, bu barədə “AFP” məlumat yayıb.

Bildirilib ki, Belçika polisi Qətərdə keçirilən futbol üzrə dünya çempionatı ilə bağlı korrupsiya sövdələşmələrinin təhqiqatının bir hissəsi olaraq böyük axtarış-müsadirə əməliyyatı həyata keçirib.
Bu zaman keçmiş deputatın iqamətgahından 500 min avro nağd pul tapılıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları Brüsselin 14 müxtəlif kommunasında axtarış aparıblar.

Həmçinin qeyd edilib ki, 2022-ci ilin iyul ayından davam edən istintaq zamanı məlum olub ki, şübhəlilər Qətər tərəfdən rüşvət almaqda və Avropa İttifaqının (Aİ) siyasətinə, xüsusən də dünya çempionatına hazırlıq ərəfəsində Avropa Parlamentinin  digər deputatlarının mövqeyinə təsir göstərməyə cəhddə ittiham olunurlar.

İddialara görə, həbs olunanlar digər AP-nin deputatlarına külli miqdarda pul və qiymətli hədiyyələr veriblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO