Rusiyanın Perm şəhərində ağır cinayət törədən şəxsi vətəndaşlar özləri linc etmək istəyib.
Bizim.Media “REN TV”yə istinadən xəbər verir ki, Permdə mübahisə ağır cinayət və vətəndaş mühakiməsinə səbəb olub.
Belə ki, həyat yoldaşları arasında düşən mübahisə və xanımının boşanmaq istəyi qanla yekunlaşıb. Azyaşllı uşaqlarını yataq otağına aparandan sonra Şohnazor öz həyat yoldaşının boğazını üzüb.
MÖVZU İLƏ BAĞLI:
Hamilə sevgilisini vəhşicəsinə öldürən bəstəkar vəfat etdi - FOTO
Öldürülən vaxt cinayətkarın həyat yoldaşı hamilə idi. Bunu görən qonşular isə, elə həyətdə məhkəmə qurub, hamilə xanımını qətlə yetirən kişini cəzalandırmaq istəyiblər.
Hadisə yerinə gələn polis qatili insanların əlindən ala bilib.
Onun ömürlük həbs cəzası ilə mühakimə olunacağı gözlənilir.
Həmin görüntüləri təqdim edirik:
Bizim.Media