Tvitter istifadə olunmayan 1,5 milyard hesabı SİLƏCƏK

Tvitter istifadə olunmayan 1,5 milyard hesabı SİLƏCƏK

Hazırda oxunan: Tvitter istifadə olunmayan 1,5 milyard hesabı SİLƏCƏK

108749

İstifadə olunmayan bir milyard yarım Tvitter hesabı tezliklə silinəcək. 

Bizim.Media "TASS" a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkənin sahibi İlon Mask məlumat verib. 

"Tvitter tezliklə 1,5 milyard hesabı silməyə başlayacaq. Aydındır ki, tvit yazılmayan və illərdir daxil olunmayan hesablar silinəcək”, - deyə İ.Mask qeyd edib. 

Qeyd edək ki, İ.Mask oktyabrın 27-də Tvitteri almaq üçün 44 milyard dollarlıq müqavilə bağlayıb. Qısa müddət sonra o, hesabların bloklanması siyasətində dəyişiklik etdiyini açıqlayıb. Eyni zamanda spam hesablarla mübarizə elan olunub. Həmçinin, sosial şəbəkədə əvvəllər fəaliyyəti dayandırılmış bir sıra hesablar blokdan çıxarılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO