“Rəsmi Ankaranın təhlükəsizlik məsələlərindəki narahatlığını anlayırıq” – Finlandıyalı nazir 

“Rəsmi Ankaranın təhlükəsizlik məsələlərindəki narahatlığını anlayırıq” – Finlandıyalı nazir 

Hazırda oxunan: “Rəsmi Ankaranın təhlükəsizlik məsələlərindəki narahatlığını anlayırıq” – Finlandıyalı nazir 

108635

Finlandiya müdafiə naziri Antti Kaikkonen türkiyəli həmkarı Hulusi Akarla Ankarada birgə mətbuat konfransı keçirib.

Bizim.Media xəbər verir ki, mətbuat konfransı zamanı Ukraynadakı mövcud vəziyyət və münaqişənin gələcəyi barədə şərhlər verilib. Finlandiyalı nazir yaxın zamanlarda Ukraynadakı müharibənin tez bir zamanda bitəcəyinin görünmədiyini bildirib. 

Daha sonra Türkiyə ilə əlaqələrə toxunan nazir qeyd edib ki, ölkəsi rəsmi Ankaranın təhlükəsizlik məsələlərindəki narahatlığını anlayır:

“Türkiyə terrorla mübarizədə Finlandiyanın qərarlı olduğuna əmin ola bilər. Buna heç bir şübhə yoxdur”. 

Kaikkonen həmçinin əlavə edib ki, Finlandiya NATO-ya üzv olduğu təqdirdə nüvə silahının ölkə ərazisində yerləşdirilməsində maraqlı deyil və NATO-nun belə bir niyyəti yoxdur. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO