Aİ ölkələri Ukraynaya yardım üçün Avropa Sülh Fonduna 2,1 milyard dollar köçürəcək

Aİ ölkələri Ukraynaya yardım üçün Avropa Sülh Fonduna 2,1 milyard dollar köçürəcək

Hazırda oxunan: Aİ ölkələri Ukraynaya yardım üçün Avropa Sülh Fonduna 2,1 milyard dollar köçürəcək

108628

Avropa İttifaqına (Aİ)üzv ölkələr Ukraynaya hərbi yardım üçün ödənilən Avropa Sülh Fondunu daha 2 milyard avro (2,1 milyard ABŞ dolları) artırmaq niyyətindədir. 

Bizim.Media “Reuters”a istinadən xəbər verir ki, Aİ ölkələrinin XİN rəhbərləri dekabrın 12-də Brüsseldə keçiriləcək görüşdə fondun balansının artırılması barədə qərar qəbul edəcəklər. 

Məlumata görə,  Aİ-nin Xarici Siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozef Borel noyabrın 14-də ilin sonuna qədər fondun balansını artırmağa çağırıb və Ukraynadakı müharibə zamanı fonddakı vəsaitin Kiyevə yardım məqsədilə istifadə olunduğunu açıqlayıb. 
Qeyd edək ki, Avropa Sülh Fondu 2021-ci ildə ilkin hədəf kimi Afrikadakı ölkələri dəstəkləmək üçün hərbi satınalmaları maliyyələşdirmək məqsədi ilə yaradılıb.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO