ABŞ və Rusiya arasında məhbus mübadiləsi BAŞ TUTDU - FOTO 

ABŞ və Rusiya arasında məhbus mübadiləsi BAŞ TUTDU - FOTO 

Hazırda oxunan: ABŞ və Rusiya arasında məhbus mübadiləsi BAŞ TUTDU - FOTO 

108595

ABŞ və Rusiya arasında məhbus mübadiləsi baş tutub.  

Bizim.Media xəbər verir ki, bu barədə məlumatı “CNN” yayıb. 

Məlumata görə, Rusiya vətəndaşı Viktor But amerikalı basketbolçu Britni Qreynerin qarşılığında Rusiya nümayəndələrinə təhvil verilib. 

Bildirilib ki, ABŞ prezidenti Co Bayden həbsdən çıxan Britni Qreynerlə telefonla danışması barədə “Twitter” hesabında məlumat verib: 

“Bir neçə dəqiqə əvvəl Britni Qreyner ilə danışırdım. O, təhlükəsiz şəraitdə təyyarə ilə ABŞ-a gətirilir”. 

Qeyd olunub ki, İkiqat Olimpiya çempionu Britni Qreyner 2022-ci ilin fevralında Rusiyada Şeremetyevo Hava Limanında  saxlanılıb. Onun üzərindən yoxlama zamanı həşiş yağı aşkarlandığından basketbolçu qaçaqmalçılıqda və narkotik vasitələrin qanunsuz daşınmasında ittiham olunub. 

Azad edilən rusiyalı Viktor But isə Amerikada qanunsuz silah alverində ittiham olunaraq, 25 illik hebs cezası alıb. 

Xatırladaq ki, iyulun sonunda, Ağ Ev Kremlə Qreynerlə Rusiyada casusluqda təqsirli bilinən Pol Uilanı Viktor Butla dəyişməyi təklif edib.  

Lakin Kreml buna etiraz edərək, 2 amerikalı məhbusun  müqabilində sadəcə Butu almağa razı olmayıb. Belə ki, rəsmi Moskva Amerikada məhbus həyatı yaşayan media monitorinqi sisteminin yaradıcısı Vladislav Klyuşini də siyahıya daxil etmək istəyib. ABŞ isə Klyuşini verməkdən imtina etdiyindən mübadilə sadəcə Qreyner və Butla gerçəkləşib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO