Bəxtiyar Paşadan Azərbaycan Ordusu ilə bağlı açıqlama - VİDEO

Bəxtiyar Paşadan Azərbaycan Ordusu ilə bağlı açıqlama - VİDEO

Hazırda oxunan: Bəxtiyar Paşadan Azərbaycan Ordusu ilə bağlı açıqlama - VİDEO

108286

“Şuşa bəyannaməsi Azərbaycan-Türkiyə hərbi birliyini ən yüksək səviyyəyə qaldırıb”. 

Bizim.Media xəbər verir ki, bunu Türkiyə Silahlı Qüvvələrinin Azərbaycandakı Xüsusi Komandanlıq Qrupunun komandanı general-polkovnik Bəxtiyar Ersay Az TV-nin "Əsas Məsələ" verilişində çıxışı zamanı deyib. 

O, İranla sərhəddə son günlərdə icra edilən Azərbaycan-Türkiyə birgə hərbi təlimlərindən də danışıb. 

Komandan qeyd edib ki, birgə təlimin bu günlərdə icra edilməsinin əsas səbəbi çətin hava şəraitində hərbi qüvvələrin peşəkarlığını sınamaqdır:

“Ən önəmlisi də budur. Bu, Azərbaycan-Türkiyə arasında baş tutan birgə təlimlər çərçivəsində bu il üçün keçirilən sonuncu təlimdir. Təlimdə hər iki ölkədən çox sayda hərbçi iştirak edib. Təlimdə bunu qazandıq: Tək millət, iki dövlət, tək ordu.

İki qardaş ölkə olsaq da, bəzən hərbi terminologiyada çətinlik çəkə bilirdik. Birgə təlimlə bu problemi həll etdik. Azərbaycan və Türkiyə Ordusunun müharibə təcrübəsi ilə əksik, səhv və yaxşı tərəflərimizi gördük. Səhvlərimizi düzəltməyə, yaxşı tərəflərimizi inkişaf etdirməyə istiqamətləndirilmiş təlim icra etdik. Təlimlər 4 ayrı bölgədə icra edilib. Bu, iki ölkənin birgə icra təlimlərinin yeni mərhələsini göstərir. Azərbaycan Ordusu çox yüksək səviyyədədir". 

Qeyd edək ki, bu, Bəxtiyar Paşanın Azərbaycan teleməkanında ilk çıxışıdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO