Rusiya neftinə qoyulan embarqodan Türkiyə ZİYANDA - Ankara gəmilərinin sığortasını TƏLƏB EDİR  

Rusiya neftinə qoyulan embarqodan Türkiyə ZİYANDA - Ankara gəmilərinin sığortasını TƏLƏB EDİR  

Hazırda oxunan: Rusiya neftinə qoyulan embarqodan Türkiyə ZİYANDA - Ankara gəmilərinin sığortasını TƏLƏB EDİR  

108046

Avropa Komissiyası Rusiya neftinin qiymətlərini məhdudlaşdırdıqdan sonra Türkiyə sahillərində neft tankerlərində tıxac yaranıb. 

Bizim.Media xəbər verir ki,  bu barədə “Financial Times” nəşri yazıb. 

“Qərb dövlətləri Rusiya neftinə 60 dollar “qiymət tavanı” tətbiq etdikdən sonra Türkiyə suları neft tankerləri tərəfindən bağlanıb və rəsmi Ankara sığortaçılardan boğazlarından keçən gəmilərin tam sığortalanacağına dair vədlər tələb edir”,- deyə nəşr yazıb. 

Qeyd olunur ki, Rusiya Federasiyası Qərb sığorta bazarlarından çıxsa belə, öz neftini ixrac etməyə davam edəcəyinə söz verib. 

Qeyd edək ki, Avropa Komissiyası (AK) dekabrın 5-dən Rusiya neftinin bir barelinin 60 dollardan baha olmayacağını açıqlayıb. Bu qərar G7 ölkələri, Aİ və Avstraliya tərəfindən verilib.

Rəsmi Moskva isə AK-nın bu qərarını  qəbul etməyəcəyini açıqlayıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO