Fransa Prezidenti Emanuel Makron Rusiya rəhbəri Vladimir Putinlə danışıqda israrlıdır.
Bizim.Media xəbər verir ki, o, MAQATE-nin baş direktoru ilə söhbətindən sonra Putinlə Zaporojye atom elektrik stansiyası ilə bağlı vəziyyəti müzakirə etmək niyyətindədir.
Fransa rəhbərinin sözlərinə görə, Avropanın gələcək təhlükəsizlik məsələsində Rusiya üçün təminatlar olmalıdır.
Rusiya liderinin mətbuat katibi Dmitri Peskov isə ölkə mediasına açıqlamasında Putin və Makron arasında telefon danışığı üçün dəqiq tarixin müəyyənləşmədiyini bildirib.
Qeyd edək ki, daha əvvəl Makron Rusiya rəhbəri ilə telefon danışığının məğzini elan etdiyinə görə, Putin ona inamının itdiyini açıqlayıb.
Bizim.Media
- A-
- A
- A+
Dünya
17:06 / 03.12.2022
Makron Putinlə danışığa İSRAR EDİR – Putin isə…
Hazırda oxunan: Makron Putinlə danışığa İSRAR EDİR – Putin isə…
Hazırda oxunan: Makron Putinlə danışığa İSRAR EDİR – Putin isə…
107699
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.