Dekabrın 10-11-də Yaponiyanın Hirosima şəhərində Nüvə Silahı olmayan Dünya Uğrunda Beynəlxalq Qrupun (IGEP) birinci konfransı keçiriləcək.
Bizim.Media "TASS" a istinadən xəbər verir ki, bu barədə şənbə günü Yaponiyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Baş nazir Fumio Kisida həm nüvə, həm də qeyri-nüvə dövlətlərindən olan iştirakçıların dünyanın dörd bir yanından olan indiki və keçmiş siyasi liderlərin köməyi ilə və təmsil etdikləri ölkələrin mövqelərindən asılı olmayaraq, fikir mübadiləsi aparacağı, nüvə silahı olmayan dünyaya aparan konkret yol haqqında səmimi müzakirələrin olacağı IGEP-nin yaradılmasını elan edib”, - nazirliyin məlumatında deyilir.
İclasın ilk günündə ABŞ-ın keçmiş prezidenti Barak Obama və BMT Baş katibi Antoniu Quterrişin videomüraciətlərinin olacağı gözlənilir. Tədbirin iştirakçıları arasında BMT-nin tərksilah məsələləri üzrə keçmiş ali nümayəndəsi Angela Keyn, NATO baş katibinin keçmiş müavini Rouz Qottemüller və başqaları da var.
Bizim.Media
- A-
- A
- A+
Dünya
15:43 / 03.12.2022
Nüvə silahı olmayan dünya üçün konfrans keçiriləcək - YAPONİYADA
Hazırda oxunan: Nüvə silahı olmayan dünya üçün konfrans keçiriləcək - YAPONİYADA
Hazırda oxunan: Nüvə silahı olmayan dünya üçün konfrans keçiriləcək - YAPONİYADA
107685
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.