Makron-Putin PARADOKSU: Fransa rəhbəri danışacağıq dedi, Putinin isə bundan xəbəri yoxdur

Makron-Putin PARADOKSU: Fransa rəhbəri danışacağıq dedi, Putinin isə bundan xəbəri yoxdur

Hazırda oxunan: Makron-Putin PARADOKSU: Fransa rəhbəri danışacağıq dedi, Putinin isə bundan xəbəri yoxdur

107367

“Ukrayna böhranının həlli üçün danışıqlar hələ də mümkündür və sülh müqaviləsi münaqişənin hər iki tərəfinə uyğun olmalıdır”. 

Bizim.Media xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron “ABC” telekanalına müsahibəsi zamanı bildirib. 

“Ukraynanın başqalarının köməyilə qazanacağı sabitlik sülh sayılmır. Eləcə də, əsl sülh orta və uzunmüddətli perspektivdə tərəflərdən birinin nədənsə imtinası nəticəsində qazanılan əmin-amanlıq deyil ”, - deyə Makron qeyd edib. 

Bu gündən ABŞ-da dövlət səfərində olan Makron qeyd edib ki, Baydenlə danışıqlardan sonra yaxın günlərdə Rusiya Prezidenti Vladimir Putinlə regiondakı məsələlərlə bağlı danışacaq. 

Putinin mətbuat katibi Dmitri Peskov isə açıqlamasında bildirib ki, hələ ki, belə bir danışıq planı Rusiya rəhbərinin cədvəlində yoxdur. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO