Ukrayna xaricdəki nümayəndəliklərinin mühafizəsini gücləndirir – XİN-dən TAPŞIRIQ  

Ukrayna xaricdəki nümayəndəliklərinin mühafizəsini gücləndirir – XİN-dən TAPŞIRIQ  

Hazırda oxunan: Ukrayna xaricdəki nümayəndəliklərinin mühafizəsini gücləndirir – XİN-dən TAPŞIRIQ  

107165

Ukraynanın xarici işlər naziri Dmitro Kuleba bu ölkənin xaricdəki diplomatik nümayəndəliklərinin mühafizəsinin gücləndirilməsi ilə bağlı təcili tapşırıq verib. 

Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna XİN sözçüsü Oleq Nikolenko məlumat yayıb. 

XİN rəsmisi bildirib ki, ölkənin xarici işlər naziri ispaniyalı həmkarından Ukraynanın diplomatik nümayəndəliyinə hücumun araşdırılması ilə bağlı təcili tədbirlər görülməsini istəyib. 

“D.Kuleba Ukraynanın Madriddəki səfirliyində baş verən partlayışın arxasında dayananların məqsədlərinə nail ola bilməyəcəyini vurğulayıb”,- deyə Nikolenko qeyd edib. 
Qeyd edək ki, bu gün Ukraynanın Madriddəki səfirliyində partlayış baş verib, hadisə nəticəsində bir nəfər xəsarət alıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO