Azərbaycan Silahlı Qüvvələri peşəkarlıq nümayiş etdirir - NATO

Azərbaycan Silahlı Qüvvələri peşəkarlıq nümayiş etdirir - NATO

Hazırda oxunan: Azərbaycan Silahlı Qüvvələri peşəkarlıq nümayiş etdirir - NATO

107089

“Azərbaycan Silahlı Qüvvələri peşəkarlıq və öz işinə sadiqlik nümayiş etdirir”.

Bizim.Media xəbər verir ki, bunu bu gün Bakıda "NATO günləri" çərçivəsində "SHAPE Partnerships Country Engagement" tərəfdaşlıq şöbəsinin rəisi, polkovnik İqor Tabulov-Truta deyib.

O daha sonra qeyd edib: 

"Mən Azərbaycan Silahlı Qüvvələrini nümayiş etdirdikləri inkişafla bağlı təbrik etməliyəm. Qüvvələrin müxtəlif komponentləri bizim operativ potensial konsepsiyası mexanizmimiz sayəsində tam operativ bacarıqlara yiyələniblər". - deyə o bildirib.

İ.Tabulov-Truta əlavə edib ki, "NATO günləri" Azərbaycan Silahlı Qüvvələrinin peşəkarlığı və məqsədyönlülüyünü görmək imkanı yaradıb.

"Azərbaycan NATO-nun güclü tərəfdaşı olmaqda davam edir. Onun NATO missiya və əməliyyatlarına töhfəsi hər zaman mühümdür", - o deyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO