Koreyalı qadın ilk dəfə “Miss Earth 2022” müsabiqəsinin qalibi oldu - VİDEO

Koreyalı qadın ilk dəfə “Miss Earth 2022” müsabiqəsinin qalibi oldu - VİDEO

Hazırda oxunan: Koreyalı qadın ilk dəfə “Miss Earth 2022” müsabiqəsinin qalibi oldu - VİDEO

107045

“Miss Earth 2022” gözəllik müsabiqəsinin qalibi Cənubi Koreyadan olan Mina Syu Çoy olub. 

Bizim.Media xəbər verir ki, bu barədə “The Manila Times” nəşri məlumat yayıb.

Mənbə qeyd edir ki, o, müsabiqədə qalib gələn ilk koreyalı qadın olub. “Miss Air 2022” tituluna avstraliyalı Şeridan Mortlok layiq görülüb.

“Miss Water 2022” fələstinli Nadine Ayouba, “Miss Fire 2022” isə kolumbiyalı Andrea Aguileraya verilib.

İlk 8-liyə Zimbabve, Belçika, Puerto Riko və Niderland nümayəndələri də daxil olub.
Yarış noyabrın 29-da Filippində baş tutub. Orada 86 ölkənin nümayəndəsi iştirak edib. 

Xatırladaq ki, “Miss Earth 2021” müsabiqəsini Belizdən olan Destiny Vagne qazanmışdı. Tacı varisinə də o, təhvil verib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO