Almaniya səfiri İran XİN-ə çağırıldı

Almaniya səfiri İran XİN-ə çağırıldı

Hazırda oxunan: Almaniya səfiri İran XİN-ə çağırıldı

106666

Almaniyanın İrandakı səfiri Hans Udo Motsel ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.

Bizim.Media xəbər verir ki, diplomat Almaniyada İranda baş verən son hadisələrlə bağlı İnsan Hüquqları Şurasının növbədənkənar iclasının keçirilməsi təşəbbüsünə və Almaniyanın İrandakı etirazlarla bağlı bəyanatlarını təkrarlamasından sonra İran XİN-ə çağırılıb. 

Ona İran hökumətinin rəsmi etiraz notası təqdim olunub.

Həmçinin, Almaniya səfirinə İnsan Haqları Şurasının növbədənkənar iclasının son qətnaməsinin siyasi yanaşmaya əsaslanan yanlış addım olduğu bildirilib. İranın bu qətnamə əsasında hazırlanan hər hansı bir mexanizmlə əməkdaşlıq etməyəcəyi qeyd olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO