Pakistanın baş naziri Şahbaz Şərif İslamabad və Ankaranı, o cümlədən müdafiə sənayesi sahəsində əməkdaşlığın dərinləşdirilməsinə çağırıb.
Bizim.Media xəbər verir ki, bunu Türkiyəyə səfəri zamanı Şahbaz Şərif Anadolu agentliyinə müsahibəsində deyib.
Onun sözlərinə görə, Türkiyə müdafiə sənayesi son 20 ildə prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə bütün maneələri və çətinlikləri dəf edərək böyük uğurlara imza atıb.
Şərif qeyd edib ki, Türkiyə ilə Pakistan arasında münasibətlər nümunəvidir.
Pakistanın baş naziri birgə tədqiqat və inkişaf yolu ilə Ankara və İslamabad arasında əməkdaşlığı dərinləşdirməyə çağırıb.
Şərif xatırladıb ki, Pakistan Türkiyə müdafiə sənayesinin ən böyük idxalçısıdır.
“MİLGEM korvetlərinin inşasında iki ölkə arasında əməkdaşlıq təkcə Pakistan üçün öz donanmasının potensialını artırmaq üçün unikal imkan deyil. Bu, iki ölkə və onların donanmaları arasında qardaşlıq əlaqələrini gücləndirəcək dönüş nöqtəsidir”, - deyə Şərif bildirib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
21:24 / 27.11.2022
Pakistanın baş naziri: “Türkiyənin müdafiə sənayesi son 20 ildə böyük irəliləyişlər əldə edib”
Hazırda oxunan: Pakistanın baş naziri: “Türkiyənin müdafiə sənayesi son 20 ildə böyük irəliləyişlər əldə edib”
Hazırda oxunan: Pakistanın baş naziri: “Türkiyənin müdafiə sənayesi son 20 ildə böyük irəliləyişlər əldə edib”
106605
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.