Kolizeyin kanalizasiyasında 1900 il yaşı olan qəlyanaltının qalıqları tapıldı

Kolizeyin kanalizasiyasında 1900 il yaşı olan qəlyanaltının qalıqları tapıldı

Hazırda oxunan: Kolizeyin kanalizasiyasında 1900 il yaşı olan qəlyanaltının qalıqları tapıldı

106592

Liverpul Universitetinin alimləri Kolizeyin kanalizasiyalarında çoxlu qəlyanaltı tapıblar.

Bizim.Media xəbər verir ki, bu barədə HeritageDaily məlumat yayıb.

Kolizey 65.000 tamaşaçı tuta bilən nəhəng amfiteatrdır. Onlar burada edamlara, ov heyvanlarına, teatr tamaşalarına və qladiator döyüşlərinə baxıblar.

2021-ci ilin yanvarından burada qazıntılar aparılır: arxeoloqlar amfiteatrın kanalizasiya sisteminin qalıqlarını araşdırırlar.

Memar və arxeoloqlardan ibarət qrup robotlardan istifadə etməklə əncir, üzüm, albalı, böyürtkən və qoz parçalarını, həmçinin ayı və iri pişiklərin sümüklərini tapıblar.

Qəlyanaltıların yaşı 1900 il olaraq qiymətləndirilir. Arxeoloqlar həmçinin eramızın 3-5-ci əsrlərinə (son Roma dövrünə) aid 50 tunc sikkə və imperator Mark Avrelinin hakimiyyəti dövründə eramızın 170-171-ci illərinə aid gümüş sikkə aşkar ediblər. 

Eramızın 6-cı əsrinin sonlarında amfiteatrın strukturunda kiçik bir ibadətgah tikilib, sonra burada qəbiristanlıq yaranıb.

Və hətta sonralar abidə ticarət və yaşayış kompleksinə, Lateran sarayına və qalaya çevrilib və 14-cü əsrdə quldurlar üçün sığınacaq olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO