Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsi 15 milyard DOLLARA ÇATDIRILACAQ

Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsi 15 milyard DOLLARA ÇATDIRILACAQ

Hazırda oxunan: Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsi 15 milyard DOLLARA ÇATDIRILACAQ

105882

“Trans-Xəzər beynəlxalq nəqliyyat marşrutu çərçivəsində yükdaşımaların həcminin artırılması məsələsini nəzərdən keçirmək lazımdır”.

Bizim.Media xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı bu gün “Üfüqdə fürsətlər: Qadın sahibkarlara yaşıl işıq” Forumunda çıxışı zamanı deyib.

O bildirib ki, Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsinin həcmini 15 milyard dollaradək çatdırmaq planlaşdırılır.

Səfir qeyd edib ki, son dörd il ərzində ticarət dövriyyəsi 3,6 milyarddan 5,2 milyard dollaradək artıb.

C.Bağcı deyib ki, bu gün iki ölkə arasında ticarət əsasən neft və qazı əhatə edir.

"Tarixi İpək yolunun kəsişməsində yerləşən Azərbaycan böyük imkanlara malikdir. Azərbaycanın iqtisadiyyatının ciddi inkişaf potensialı var", - deyə o bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO