Əbu Bəkr məscidi ilə bağlı yeni XƏBƏR 

Əbu Bəkr məscidi ilə bağlı yeni XƏBƏR 

Hazırda oxunan: Əbu Bəkr məscidi ilə bağlı yeni XƏBƏR 

105850

Nərimanov rayon Cümə məscidində (keçmiş Əbu Bəkr) təmir və yenidənqurma işləri ilin sonuna yekunlaşır.

Bizim.Media apa.az-a istinadən xəbər verir ki, məsciddə təmir və yenidənqurma işləri Abşeron-Şirvan memarlıq üslubuna uyğun aparılıb.

Minarələrdən biri tam qəzalı vəziyyətə düşdüyü üçün həm qəzalı vəziyyətdə olan minarə, həm də vahid memarlıq üslubuna uyğun olması üçün digər minarə sökülərək yenidən tikilib. O cümlədən günbəz də yenidən qurulub.
Məsciddə əlavə xidməti yerlər tikilib, həyəti abadlaşdırılıb. Bu ilin sonuna qədər müvafiq imtahanlardan sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi məscidə yeni imam təyin edəcək, məscid ibadətə açılacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO