Qüdsdə 2 partlayış olub - 1 nəfər ölüb, 18 nəfər yaralanıb - VİDEO

Qüdsdə 2 partlayış olub - 1 nəfər ölüb, 18 nəfər yaralanıb - VİDEO

Hazırda oxunan: Qüdsdə 2 partlayış olub - 1 nəfər ölüb, 18 nəfər yaralanıb - VİDEO

105816

İsrailin Qüds şəhərində partlayış olub.

Bizim.Media xəbər verir ki, bu barədə görüntülər Telegram kanallarında yer alıb.

Mənbə yazır ki, avtobus dayanacağının yaxınlığında yerə qoyulan çanta partlayıb. 

İlkin məlumata görə, 18 nəfər yaralanıb, 1 nəfər ölüb. Yaralıların ikisinin vəziyyəti ağırdır.

Hadisəyə görə kimin məsuliyyət daşıdığı hələlik məlum deyil. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerindədir.

Polis partlayışı törədənləri axtarır. Şəhərdə ikinci partlayışın da olduğu deyilir. Bu zaman xəsarət alan olmayıb.

Bizim.Media

 


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO