Rusiyada partlayış baş verdi – Araşdırmalar başladı

Rusiyada partlayış baş verdi – Araşdırmalar başladı

Hazırda oxunan: Rusiyada partlayış baş verdi – Araşdırmalar başladı

105592

Rusiyada neft boru kəmərində partlayış baş verib.

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, partlayış hadisəsi Rusiyanın Leninqrad vilayətində olub.

Məlumata görə, partlayış Lenqrad vilayətinin Benqardovka və Kovalevo şəhərləri arasında yerləşən məntəqədən keçən neft kəmərində qeydə alınıb. 

"Benqardovka ilə Kovalevo arasındakı neft kəmərində təzyiq nəticəsində baş verən yanğın yanğınsöndürmə və xilasetmə qrupları tərəfindən söndürülüb. Ölən yoxdur, qəzanın səbəbləri ilə bağlı araşdırmalar davam edir" – deyə Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenko partlayışla bağlı məlumat verərkən deyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO