“Azərbaycan bizim üçün dost ölkələrdən biridir” - Vyetnam Sosialist Respublikası Milli Assambleyasının sədri 

“Azərbaycan bizim üçün dost ölkələrdən biridir” - Vyetnam Sosialist Respublikası Milli Assambleyasının sədri 

Hazırda oxunan: “Azərbaycan bizim üçün dost ölkələrdən biridir” - Vyetnam Sosialist Respublikası Milli Assambleyasının sədri 

105565

“Azərbaycan bizim üçün dost ölkələrdən biridir. Bizim xarici siyasətimizin əsas prioritetlərimizdən biri ənənəvi dostluq münasibətlərinin olduğu ölkələrlə əməkdaşlığımızı daha da sıxlaşdırmaqdır”. 

Bizim.Media xəbər verir ki, bunu Vyetnam Sosialist Respublikası Milli Assambleyasının sədri Vuonq Din Hyu Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşdə qeyd edib. 

O, ölkəsinin Azərbaycanla əlaqələrin daha da möhkəmlənməsində maraqlı olduğunu bildirib.

O, ölkələrimiz arasında münasibətlərin tarixi köklərə söykəndiyini deyib və qeyd edib ki, əlaqələrimizin əsası Ho Şi Min və Heydər Əliyev tərəfindən qoyulub.

Vuonq Din Hyu deyib ki, Milli Assambleyanın sədri qarşılıqlı əlaqələri genişləndirilməsində parlamentlərin xüsusi rolunu vurğulayıb.

Bu baxımdan deputatlarımız arasında mütəmadi olaraq görüşlərin təşkilinin, müxtəlif məsələlərlə bağlı fikir mübadiləsinin məqsədəmüvafiq olduğunu deyib.

O, eyni zamanda, beynəlxalq parlament qurumlarında əməkdaşlığın böyük əhəmiyyət kəsb etdiyini söyləyib. 

Vyetnam Milli Assambleyasının sədri deyib ki, Vyetnam Qoşulmama Hərəkatının üzvü kimi, bu təşkilat çərçivəsində əməkdaşlığa böyük əhəmiyyət verir. O cümlədən, təşkilatın Parlament Şəbəkəsi çərçivəsində də iştirak edir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO