Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qətər səfərindən qayıdarkən jurnalistlərə müsahibə verib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Türkiyə mətbuatı yayıb.
O, Türkiyə Silahlı Qüvvələrinin İraq və Suriyanın şimalındakı terror hədəflərinə qarşı təşkil etdiyi “Pence-Kılıç” hava əməliyyatına münasibət bildirib.
“Birincisi, İraqın və Suriyanın şimalındakı bu əməliyyat təsadüfi həyata keçirilməyib. Bizi kiminsə bu haqda nə deyəcəyi maraqlandırmır. Ölkəmizi, torpaqlarımızı kimsə narahat edirsə, cəzasını çəkəcək. Təkcə hava əməliyyatı ilə məhdudlaşmayacağıq”, deyə o, qeyd edib.
Türkiyə lideri, ümumilikdə 89 hədəfin uğurla məhv edildiyini deyib:
“Bu, sıradan bir hadisə deyil, çoxlu terrorçu zərərsizləşdirilib. Onlar mağaraların içərisində gizlənib. Bu mağaraların hamısı bombalanır. Kimlərin öldüyü, kimlərin yaralandığı sonradan üzə çıxacaq”.
Türkiyə prezidenti Suriyanın Rusiyanın maraq zonası hesab edilməsinə baxmayaraq, Putinlə hərbi əməliyyatı müzakirə etmədiyini də vurğulayıb.
Bizim.Media
- A-
- A
- A+
Dünya
14:20 / 21.11.2022
Ərdoğan Suriyada quru əməliyyatın ANONSUNU verdi: “Hər kəs cəzasını çəkəcək”
Hazırda oxunan: Ərdoğan Suriyada quru əməliyyatın ANONSUNU verdi: “Hər kəs cəzasını çəkəcək”
Hazırda oxunan: Ərdoğan Suriyada quru əməliyyatın ANONSUNU verdi: “Hər kəs cəzasını çəkəcək”
105489
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.