İran Rusiyada PUA zavodu inşa edəcəkmi? – Tehrandan REAKSİYA

İran Rusiyada PUA zavodu inşa edəcəkmi? – Tehrandan REAKSİYA

Hazırda oxunan: İran Rusiyada PUA zavodu inşa edəcəkmi? – Tehrandan REAKSİYA

105481

İran və Rusiya arasında texnoloji müdafiə sahəsində əməkdaşlığın tarixi Rusiya-Ukrayna müharibəsindən əvvələ çıxan əməkdaşlıqdır. İranı bununla bağlı ittiham etmək siyasi məqsədlərlə həyata keçirilir.

Bizim.Media xəbər verir ki, bunu İranın Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Nasir Kənani bu gün keçirdiyi həftəlik mətbuat konfransında “Vaşinqton Post“ qəzetinin İranın Rusiyada pilotsuz uçuş aparatları (PUA) istehsalı zavodu inşa etməsi ilə bağlı iddialarına cavab verərkən bildirib.

O, qeyd edib ki, Amerika hökumət rəsmilərinin və bu ölkənin mətbuatının Ukrayna müharibəsi ilə bağlı zaman-zaman İrana aid yazılar dərc etməsi “rəsmi Vaşinqtonun siyasi baxışları və müharibədə qızışdırıcı mövqeyini ört-basdır etmək üçün edilir”.
“Belə ölkələr münaqişənin həllinə kömək etmək əvəzinə, müharibənin bir tərəfinə silah ixrac etməklə məşğuldurlar”. Apa.az İran XİN rəsmisinin dediklərindən sitat gətirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO