Almaniya 319 Azərbaycan vətəndaşının sığınacaq istəyini rədd etdi

Almaniya 319 Azərbaycan vətəndaşının sığınacaq istəyini rədd etdi

Hazırda oxunan: Almaniya 319 Azərbaycan vətəndaşının sığınacaq istəyini rədd etdi

105244

Almaniyadan sığınacaq istəyən Azərbaycan vətəndaşlarının yeni statistikası məlum olub.

Bizim.Media xəbər verir ki, Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarədən (BAMF) report.az-a bildirilib ki, bu ilin yanvar-oktyabr aylarında Azərbaycan vətəndaşları ilə əlaqədar ümumilikdə 792 işlə bağlı qərar qəbul edilib.

Qeyd olunub ki, sığınacaq müraciətlərindən 319-na rədd cavabı verilib və yalnız 53 nəfərin Almaniyada qalması məqbul hesab edilib.

Bundan əlavə, BAMF Azərbaycan vətəndaşları tərəfindən daxil olan 420 ərizəyə baxılmasını dayandırıb.

Federal İdarədən həmçinin vurğulanıb ki, sığınacaq ərizəsi rədd edilən şəxslərə ölkəni könüllü tərk edmələri ilə bağlı xəbərdarlıq olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO