Pakistanda avtobus su kanalına düşdü- 18 nəfər həlak oldu

Pakistanda avtobus su kanalına düşdü- 18 nəfər həlak oldu

Hazırda oxunan: Pakistanda avtobus su kanalına düşdü- 18 nəfər həlak oldu

105006

Pakistanda daha bir faciəvi hadisə baş verib.

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, mikroavtobusun su kanalına düşməsi nəticəsində 18 nəfər həlak olub.

Məlumata görə, qəzada əksəriyyəti qadın və uşaq olmaqla çoxlu sayda insan yaralanıb.

Hadisə yerinə yanğınsöndürən və təcili yardım maşınları cəlb edilib.

Bildirilib ki, avtobus Pakistanın ən böyük təbii şirin su gölü olan Mançardan gələn sel sularını Sind çayına axıtmaq üçün Hind şossesində açılan kanala düşüb.

Qeyd edək ki, avtobusda neçə nəfərin olduğu barədə məlumat verilməyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO