Nensi Pelosi vəzifəsindən gedir

Nensi Pelosi vəzifəsindən gedir

Hazırda oxunan: Nensi Pelosi vəzifəsindən gedir

104995

Nensi Pelosi ABŞ Konqresinin Nümayəndələr Palatasındakı Demokratlar Partiyasının lideri vəzifəsindən gedir.

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə onun özü qanunverici orqanın aşağı palatasının iclasında çıxış edərkən bildirib. 

“Fraksiyamıza böyük inamla mən növbəti Konqresdə yenidən Demokratlar Partiyasının lideri seçilməyə can atmayacağam. Artıq Demokratik fraksiyaya yeni nəslin rəhbərlik etməsinin vaxtı gəlib, çatıb.

Çoxları bu böyük məsuliyyəti çiyninə götürməyə hazırdır. Onıara cəsarətlərindən dolayı minnətdaram” -deyə, o bildirib.

Buna baxmayaraq, o, təqaüdə çıxmır, ancaq ABŞ Konqresinin Aşağı Palatasında işləməyə davam edəcək.

Qeyd edək ki, N.Pelosi ermənilərə yaxınlığı ilə tanınır. Belə ki, bir müddət əvvəl N.Pelosi İrəvana səfər etmiş və orada bir sıra rəsmi görüşlər keçirmişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO