İsveç parlamenti il ərzində Ukraynaya 284 milyon dollarlıq hərbi yardım ayırıb

İsveç parlamenti il ərzində Ukraynaya 284 milyon dollarlıq hərbi yardım ayırıb

Hazırda oxunan: İsveç parlamenti il ərzində Ukraynaya 284 milyon dollarlıq hərbi yardım ayırıb

104985

İsveç parlamenti hökumətin 2022-ci ildə Ukraynaya 3,0078 milyard kron (284 milyon dollardan çox) dəyərində hərbi texnika göndərmək təklifini dəstəkləyib. 

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə qanunverici orqanın məlumatında bildirilib. 
 
Məlumata görə, yardım paketinə hava hücumundan müdafiə sistemləri və onlar üçün sursat, qış geyimləri, fərdi mühafizə vasitələri və çadırlardan gedir. 

Bildirilib ki, fevraldan indiyədək İsveç Ukraynaya yardım paketləri və hərbi texnika şəklində dəstək üçün təxminən 5,2 milyard kron (təxminən 500 milyon dollar) ayırıb.  

Avqustun sonunda hökumət Kiyev üçün 1 milyard kron (təxminən 100 milyon dollar) dəyərində yeni yardım paketi barədə qərar qəbul edib ki, bunun da yarısı hərbi dəstək, o cümlədən artilleriya sursatıdır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO