Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri ilə və Cənubi Koreyanın Andonq şəhəri arasında qardaşlaşma memorandumu imzalanıb.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov şəxsi “Twitter” hesabında paylaşım edib:
“İmzalanmış sənədə əsasən, qardaşlaşmış iki şəhər mədəni, sosial və iqtisadi münasibətləri, eləcə də dostluq əlaqələrini inkişaf etdirmək və birgə fəaliyyət sahələrini genişləndirmək niyyətini ifadə edir”.
Müvafiq memorandumu Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov və Andon şəhərinin meri Kvon Ki Çanq imzalayıblar.
Qeyd edək ki, Şuşa şəhəri ilə Cənubi Koreyanın Andonq, Perunun Kusko, Yunanıstanın Korinf tarixi şəhərləri arasında əməkdaşlığa dair niyyət protokolu imzalanıb.
Bizim.Media
A memorandum of understanding was signed between #Shusha and #Andong on the establishment of the "Friendship Cities" relationship.The memorandum was signed by Aydin Karimov, the President's special representative for the Shusha region and Kwon Ki-chang, the mayor of Andong,(2/1) pic.twitter.com/GHj6ojJI5V
— Aydin Karimov (@AydinKarim2020) November 17, 2022