Birləşmiş Millətlər Təşkilatının Üçüncü Komitəsi İranla bağlı qətnamə qəbul edib. Qətnamədə İranda insan haqlarının pozulması pislənilib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiya “Azad İran” Telegram kanalında yer alıb.
Noyabrın 16-da 28 əleyhinə, 68 bitərəf və 80 lehinə səslə təsdiq edilən qətnamədə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası İran hökumətinin çıxardığı ölüm hökmlərinin çoxluğundan narahatlığını ifadə edib.
BMT Baş Assambleyasının 3-cü Komitəsinin qətnaməsində İranda etirazçıların sərt şəkildə susdurulmasına toxunulub, İranda dinc nümayişçilərə, xüsusilə də qadın və uşaqlara qarşı həddindən artıq güc tətbiq edilməsinə son qoymağı tələb edilib.
Kanada hökuməti qətnaməni üçüncü komitəyə təklif edib. Böyük Britaniyanın BMT Baş Assambleyasındakı nümayəndəsi isə qətnaməni dəstəkləyərək, İranda insan haqlarının vəziyyətinin getdikcə pisləşdiyini bildirib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
12:39 / 17.11.2022
BMT İranla bağlı qətnamə QƏBUL ETDİ
Hazırda oxunan: BMT İranla bağlı qətnamə QƏBUL ETDİ
Hazırda oxunan: BMT İranla bağlı qətnamə QƏBUL ETDİ
104872
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.