Oxbridge Akademiyasının şagirdləri Azərbaycana 21 medalla qayıdır - FOTO

Oxbridge Akademiyasının şagirdləri Azərbaycana 21 medalla qayıdır - FOTO

Hazırda oxunan: Oxbridge Akademiyasının şagirdləri Azərbaycana 21 medalla qayıdır - FOTO

104860

9-16 Noyabr tarixlərində ABŞ-ın dünya şöhrətli Yale Universitetində “The World’s Scholar Cup” Beynəlxalq Elm Olimpiadasının yekun turu keçirilib.

Bizim.Media xəbər verir ki, Azərbaycanın nüfuzlu beynəlxalq məktəblərindən olan  Oxbridge Akademiyasının şagirdləri Yale Universitetinin ev sahibliyi etdiyi “The World’s Scholar Cup”ın final mərhələsində iştirak ediblər.

Oxbridge şagirdləri ilk iki turu Bakı və Dubayda keçirilən olimpiadalarda müvəffəqiyyət qazanaraq ABŞ-da keçirilən yekun turda iştiraka nail olub. 

Qeyd edək ki, “The World’s Scholar Cup” hər il 65-dən çox ölkəni təmsil edən 15000-dən çox şagirdin iştirak etdiyi beynəlxalq akademik yarışmadır. 

Azərbaycanı təmsil edən Oxbridge Academiyasının 14 nəfərlik şagird heyəti Yale Universitetində keçirilən yekun mərhələdə Azərbaycana 6 qızıl və 15 gümüş medalla qayıtmağa müvəffəq olub. 

Bizim.Media





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO