Putindən YENİ QƏRAR - 2 milyon azərbaycanlının taleyi necə olacaq? - AÇIQLAMA

Putindən YENİ QƏRAR - 2 milyon azərbaycanlının taleyi necə olacaq? - AÇIQLAMA

Hazırda oxunan: Putindən YENİ QƏRAR - 2 milyon azərbaycanlının taleyi necə olacaq? - AÇIQLAMA

104664

Rusiya Prezidenti Vladimir Putin ötən gün xarici vətəndaşların orduya çağrılması ilə bağlı müvafiq qanuna dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Bəs, Qanuna edilən bu dəyişiklik Rusiyada yaşayan 2 milyondan artıq soydaşımıza nə qədər aidiyyatı var?

Məsələyə aydınlıq gətirmək üçün ekspert Natiq Cəfərli ilə həmsöhbət olduq.

O, Bizim.Media-ya açıqlamasında bildirdi ki, xarici vətəndaşların və ikili vətəndaşlığı olanların orduda xidmət etməsi məsələsi daha çox Rusiyadan kənara köçmüş və Rusiyadan kənarda olanlara aiddir:

“Bilirsiniz ki, xaricdə yaşayan rusların çoxu bu müharibəni dəstəkləmir. Bu qərarla Putin hakimiyyəti sanki onlara mesaj verir ki, ölkəyə qayıtmayın. Qayıtsanız sizi əsgərliyə aparacağıq. 

Bu qərar Rusiyada yaşayan ikili vətəndaşlığı olanlara da aiddir. Azərbaycan qanunvericiliyinə görə bizdə ikili vətəndaşlıq qəbul edilmir. Amma Rusiyada bu qəbul edilir.

Ona görə də ikili vətəndaşlığı olanlar, yəni Rusiya vətəndaşları zatən səfərbərliyə cəlb edilirlər.

Bu qanun onlar üçün heç nəyi dəyişmir. Bu qanun daha çox Rusiyadan qaçmış, Rusiyadan köçmüş və müharibə əleyhinə olan rusiyalılara aiddir. Rusiya onların ölkəyə gəlməsini istəmir.

Çünki, onların çoxu mühraibənin və indiki hakimiyyətin əleyhinədirlər.Narazı elektoratın geri dönməsi Rusiyada müəyyən proseslərə də təsir edə bilər deyə Rusiya bu addımı atıb”.

Natiq Cəfərli onu da əlavə etdi ki, bu Qanunun konkret hədəfi var: 

“Onsuz da Rusiya vətəndaşlığı olan azərbaycanlılar buna qədər də odrduya çağrılırdı. Ona görə də yeni Qanunun soydaşlarımıza heç bir aidiyyatı yoxdur”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO