“Putin mülki hədəflərə, uşaqlara və qadınlara zərbələr endirir, bu, barbarlıqdır”.
Bizim.Media Ağ Evə istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Co Bayden Balidə G20 ölkələrinin dövlət və hökumət başçılarının Zirvə toplantısı çərçivəsində Böyük Britaniyanın Baş naziri Rişi Sunakla görüşündə deyib.
Onun sözlərinə görə, Balidə dünya liderlərinin qlobal sülhdə irəliləyiş əldə etməyə çalışdığı bir vaxtda, Putin mülki hədəflərə, uşaqlara və qadınlara zərbələr endirir:
“Biz artıq NATO-dakı həmkarlarımız və G7 liderləri ilə Rusiyanın Kiyevə və Ukraynanın qərbinə endirdiyi son raket zərbələri ilə bağlı görüşmüşük. Bu sadəcə amansızdır. Demək istəyirəm ki, - bu mənim sözlərimdir, sizin deyil - onun etdikləri barbarlıqdır. Rusiya isə müharibəni dayandıra bilər və dayandırmalıdır. Onlar bunu bacararlar. Əgər bunu istəsəydilər, günü sabah dayandıra bilərdilər".
Bizim.Media
- A-
- A
- A+
Dünya
11:19 / 16.11.2022
Bayden Putini barbar adlandırdı
Hazırda oxunan: Bayden Putini barbar adlandırdı
Hazırda oxunan: Bayden Putini barbar adlandırdı
104629
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.