"Rembo" filminin məşhur aktyoru vəfat etdi - FOTO

Hazırda oxunan: "Rembo" filminin məşhur aktyoru vəfat etdi - FOTO

104595
 "Rembo: Birinci qan" filmində polis şerifi rolunu oynayan Amerika aktyoru Brayan Dennexi vəfat edib.

Sfera.az xəbər verir ki, bu barədə "Variety" nəşri məlumat yayıb.
 
 
 
Qeyd edilir ki, o, 81 yaşında dünyasını dəyişib. Brayan Dennexinin yaxınları bildirib ki, aktyor cümə axşamına keçən gecə dünyasını dəyişib. Ölümün təbii səbəbdən baş verdiyi bildirilir. Qeyd edilir ki, bunun koronavirusla əlaqəsi yoxdur. 
 
 
Qeyd edək ki, aktyor kinosevərlərə filmdəki şerif Tizl rolu ilə tanışdır. O, Vyetnam müharibəsinin veteranı Con Rembonu (Silvestr Stalloneni-red) öz şəhərindən qovur və sonra onu uğursuz şəkildə təqib edir. 
 
 
Dennexi həmçinin "Silverado", "Qətlin İllüziyası" və başqa filmlərdə çəkilib. Teatr səhnəsində öz işinə görə iki dəfə nüfuzlu "Toni" mükafatını alıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO