Albaniyada Azərbaycan Həftəsi keçiriləcək

Albaniyada Azərbaycan Həftəsi keçiriləcək

Hazırda oxunan: Albaniyada Azərbaycan Həftəsi keçiriləcək

104512

“Ölkələrimiz arasında aparılan dialoqa görə dərin təşəkkürümü bildirirəm. Cənab Prezident, çox yaxşı haldır ki, Siz bu gün ölkəmizdəsiniz. Əslində, bu, qarşılıqlı maraq doğuran əməkdaşlığın yeni sahələrini açır”.

Bizim.Media xəbər verir ki, bu fikirləri Albaniya Prezidenti Bayram Beqay Azərbaycan Prezidenti İlham Əliyev ilə birgə keçirdiyi mətbuata bəyanatında səsləndirib.
 

MÖVZU İLƏ BAĞLI:

“Avropaya qaz təchizatını iki dəfə artırmaq fikrindəyik” – Dövlət başçısı 


“Albaniya ilə Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümünün qeyd edilməsinə gəldikdə, 2023-cü ildə biz əməkdaşlığımızın daha intensiv mərhələsinə qədəm qoyacağıq”, deyə o, qeyd edib.

Bayram Beqay Albaniyada Azərbaycan Həftəsini keçirmək niyyətində olduğunu deyib:

“Əslində, bu tədbir ölkənizin burada mədəni baxımdan təşviq olunması üçün önəmlidir. Biz, həmçinin burada ölkənizin səfirliyinin açılması ilə əlaqədar iradəsini bildirdiyinə görə Azərbaycan tərəfinə minnətdarıq və həmin addım ölkələrimiz arasında əməkdaşlığın yaxşı təzahürüdür”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO