“Müharibə evi”ndə yaşananlar REAL TV-nin gözü ilə - VİDEO 

“Müharibə evi”ndə yaşananlar REAL TV-nin gözü ilə - VİDEO 

Hazırda oxunan: “Müharibə evi”ndə yaşananlar REAL TV-nin gözü ilə - VİDEO 

104317

REAL televiziyası bir ildir ki Əfqanıstanda hakimiyyəti ələ keçirən Taliban haqında film hazırlayıb. 

Bizim.Media xəbər verir ki, filmi ərsəyə gətirməkdə məqsəd  bu ölkəni Azərbaycan izləyicisinə olduğu kimi təqdim etməkdir. 

Dar-ul-hərb” (“Müharibə evi”) adlanacaq film üçün Real TV-nin çəkiliş heyəti Əfqanıstanın müxtəlif ərazilərində olub, əfqan xalqının son illər ərzində yaşadığı dəhşətləri lentə alıb. Komandasının səfərə yollandıqları gün də ölkədə terror baş verib.

Çəkiliş qrupunun 10 metr yaxınlığında bina partladılıb. Filmdə həmin hadisə də yer alıb.  

Eyni zamanda filmdə eksklüziv olaraq çəkiliş qrupu Taliban liderlərindən  müsahibə almaq fürsəti də əldə edib. Müəllifin konkret suallarını 1 ildir ki, hakimiyyətdə olan və Əfqanıstana nəzarət edən Taliban qruplaşmasının liderləri Zabiullah Mujahid və  Abdul Basir Sabiri cavablandırıb.  

Qeyd edək ki, filmin ssenari müəllifi və rejissoru Vəfa Ağabalayeva, quruluşçu operatoru isə Arif Zeynalovdur.  Film 17 noyabr saat 20.00–da Real TV-də yayımlanacaq. 

Bizim.Media
 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO