Məşhur türk aktyorun həyat yoldaşı ilə qızı İstanbuldakı teraktda öldü - FOTO

Məşhur türk aktyorun həyat yoldaşı ilə qızı İstanbuldakı teraktda öldü - FOTO

Hazırda oxunan: Məşhur türk aktyorun həyat yoldaşı ilə qızı İstanbuldakı teraktda öldü - FOTO

104237

Türkiyəli tanınmış aktyor Nurettin Uçarın qızı ilə həyat yoldaşı da ötən gün İstanbulda baş verən terror aktında həyatını itirib. 

Bizim.Media xəbər verir ki, faciə zamanı 38 yaşlı Arzu Özsoy 15 yaşlı qızı Yağmur Uçarla İstiqlal küçəsində gəzirmiş. 

Nurettin Uçar bu barədə sosial şəbəkə hesabında da bildirib. O, qızının fotosunu paylaşaraq onu itirdiyini qeyd edib. 
Xatırladaq ki, Nurettin Uçar bu günə qədər Türkiyənin "Diriliş Ertuğrul", "Arka sokaklar" kimi reytinqli layihələrində rol alıb.

Qeyd edək ki, terror aktı nəticəsində 6 nəfər ölüb, 81 nəfər yaralanıb.

Bizim.Media



 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO