Noyabrın 2-də Beynəlxalq Kosmik Stansiya (BKS) özünün 15-ci ildönümünü qeyd etdi. Bunun Nobel sülh mükafatına layiq bir nümunə olduğunu düşünənlər də var.
Stansiyanın daha 10 il fəaliyyət göstərəcəyi gözlənir. Alimlər bu stansiyanı hələ bir az da inkişaf etdirib ondan Marsa və Günəş sisteminin daha uzaq yerlərinə səfərlər üçün də istifadə etməyi planlaşdırır.xa0
ABŞ-ın Milli Aerokosmik Agentliyinin (NASA) astronavtı Skott Kellixa0BKS-nin 15 illik yubileyi münasibətilə mətbuat konfransı zamanı deyib:xa0“Biz burada çox eksperimentlər aparırıq. Amma mən düşünürəm ki, ən mühüm eksperiment orbit üzrə hərəkət edən kosmik stansiyanın uzun müddət ərzində insanları sağ saxlaya bilməsidir”x9d.
S.Kelli Rusiya kosmonavtıxa0Mixail Korniyenkoxa0ilə birgə bir il - gələn ilin martına qədər bu stansiyada qalacaq. Bununla da alimlər uzunmüddətli kosmik uçuşların insanın bədəninə və şüuruna təsirini öyrənmək istəyirlər.
Kosmonavtlar Skott Kelli (mərkəzdə - ABŞ), Gennadi Padalka (yuxarıda - Rusiya) və Mixail Korniyenko (arxada - Rusiya) "Soyuz-FG" raketi ilə Beynəlxalq Kosmik Stansiyaya uçuşdan az əvvəl
2000-ci il, noyabrın 2-də BKS-ya ilk daimi komandanın gəldiyi zamandan indiyə qədər bura 17 ölkəni təmsil edən 220 astronavt gəlib.
Hazırda bir futbol meydançası boyda olan qurğunun içində 6 yataq otağı olan ev böyüklükdə yaşayış yeri var.
Təqribən 400 kilometr hündürlükdə və saatda 28000 kilometr sürətlə hərəkət edən orbital stansiya hər 90 dəqiqədən bir Yer kürəsinin ətrafında bir dövrə vurur.
Adətən eyni zamanda 6 heyət üzvü yemək yeyir, yatır və çəkisizlik şəraitində üzür. Astronavtlar həftədə 35 saat işləyirlər. Bir missiya təqribən altı ay davam edir.
Stansiya üçün lazım olan hissələri çatdırmaq üçün istifadə olunan kosmik şatl uçuşlarına görə Birləşmiş Ştatlar birinci, Rusiya isə ikinci yeri tutur. Kanada və Yaponiya üçüncü yeri bölüşürlər.
Beynəlxalq Kosmik Stansiyanın içi
“Soyuq müharibə”x9dnin bitməsi dövründə bütün zamanlarda stansiyada azı bir amerikalı və bir rusiyalı olub.
Elə ABŞ-Rusiya münasibətlərinin bugünkü gərgin vəziyyətində də belədir. Bu fakt stansiyanın Nobel sülh mükafatına namizəd göstərilməsi təkliflərini canlandırır.
“Stansiyanı quran və saxlayan beynəlxalq əməkdaşlıq bizim dinc şəraitdə birlikdə işləyən zaman nələrə nail ola biləcəyimizin parlaq nümunəsidir”x9dxa0- deyə Ağ Evin Elm və Texnologiya Siyasəti Bürosunun direktoru Con Holdrenxa0bildirib.
NASA-nın keçmiş administratoruxa0Çarlz Boldenxa0də bu layihənin Nobel sülh mükafatına layiq olduğunu qeyd edib.

Bu barədə rəyi soruşulan rusiyalı kosmonavtxa0Oleq Kononenkoxa0isə deyib ki, Ç.Bolden 100 faiz haqlıdır.
“Yerdəki insanlar bəzən bir-birini eşidə və anlaya bilmirlər. Burada - kosmosda isə bu, qeyri-mümkündür.xa0Burada hər kəs əhəmiyyətlidir və proqramın uğuru, bəzən hətta həyatın özü bizim hər birimizin nə etməyimizdən asılıdır”x9dxa0- deyə Kononenko əlavə edib.
Beynəlxalq Kosmik Stnsiyadan Yerin gecə görüntüsü. 12 may, 2015
Növbəti məqsəd Marsa səyahət olduğuna görə stansiyadakı astronavtlar qidalanma, əqli cəhətdən sağlam qalmaq və uzun müddət ərzində zərərli radiasiyanın təsirinə duruş gətirməklə bağlı təcrübələr aparırlar.
ABŞ astronavtıxa0Kjell Lindgren isə deyib ki,xa0kosmik stansiya həqiqətən də bir körpüdür:xa0“O, Mars səfərinin uğurlu olmasından ötrü üzərində işləməli və anlamalı olduğumuz texnologiyalar üçün təcrübə masasıdır”x9d (“Azadlıq”x9d radiosu).
Beynəlxalq Kosmik Stansiyanın yaxından görüntüsü
Kosmonavt stansiyanın çölündə təmir işləri görür
Beynəlxalq Kosmik Stansiyada heyət üzvləri təzə meyvə ilə çəkisizlik şəraitini nümayiş etdirirlər



































































































