Ukrayna Silahlı Qüvvələri Xerson vilayətində 500 rus işğalçısının olduğu binaya hücum edib və oradan iki yük maşını dolu meyit çıxarıb.
Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı “Facebook” səhifəsində yazıb.
Saat 06:00-a olan əməliyyat məlumatlarına əsasən, Xerson vilayətində işğalçıların cəmləşdiyi ərazinin Müdafiə Qüvvələri tərəfindən atəşə tutulduğu təsdiqlənib.
"Dnepryanı qəsəbəsi ərazisində 500-ə qədər işğalçının olduğu binaya yüksək dəqiqliklə zərbə endirilib. Həlak olan işğalçıların meyiti iki yük maşını ilə Tauridaya aparılıb", - deyə məlumatda bildirilir.
Baş Qərargah qeyd edib ki, 56 ağır yaralı ən yaxın xəstəxanaya çatdırılıb, onlardan 16-sı dünyasını dəyişib. İşğalçıların itkiləri ilə bağlı yekun məlumat dəqiqləşdirilir.
Bizim.Media
- A-
- A
- A+
Dünya
09:54 / 13.11.2022
Ukrayna ordusu ruslara növbəti zərbə endirdi - Meyitlərlə dolu 2 yük maşını çıxarıldı
Hazırda oxunan: Ukrayna ordusu ruslara növbəti zərbə endirdi - Meyitlərlə dolu 2 yük maşını çıxarıldı
Hazırda oxunan: Ukrayna ordusu ruslara növbəti zərbə endirdi - Meyitlərlə dolu 2 yük maşını çıxarıldı
104054
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.