\

\"Aİ və ASEAN sıx əməkdaşlıq üçün addımlar atır\" - Şarl Mişel 

Hazırda oxunan: \"Aİ və ASEAN sıx əməkdaşlıq üçün addımlar atır\" - Şarl Mişel 

104037

Avropa İttifaqı Cənub-Şərqi Asiya ölkələri liderlərinin zirvə toplantısı çərçivəsində ASEAN ölkələri ilə daha sıx əməkdaşlıq istiqamətində tarixi addımlar atır.

Bizim.Media xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel şəxsi “Twitter” hesabında qeyd edib.

"Məni Pnompendə Şərqi Asiya sammitində çıxışa dəvət etdiyinə görə Baş nazir Hun Senə təşəkkür edirəm. Biz Kamboca və bütövlükdə regionla əlaqələri yaxşılaşdırmaq üçün çox çalışırıq", - deyə Mişel bildirib.

Qeyd edək ki, ASEAN liderlərinin sammiti 8-13 noyabr 2022-ci il tarixlərində Pnompendə “Problemləri birlikdə həll edin” devizi altında keçirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO