Azərbaycanlılar Fransa Senatının qarşısında aksiya keçirəcəklər

Azərbaycanlılar Fransa Senatının qarşısında aksiya keçirəcəklər

Hazırda oxunan: Azərbaycanlılar Fransa Senatının qarşısında aksiya keçirəcəklər

104003

Noyabrın 15-də Fransa Senatında Azərbaycan əleyhinə qətnamə müzakirə olunacağı gün azərbaycanlılar aksiya keçirəcək.

Bizim.Media xəbər verir ki, aksiya Fransa Senatının qarşısında aksiya yerli vaxtla saat 10:00-da baş tutacaq.

Aksiya zamanı Fransa Senatından Azərbaycana ədalət tələb ediləcək. Həmin gün Fransa parlamentinin yuxarı palatasında ermənipərəst qətnamənin müzakirəsi planlaşdırılır.

Bundan əvvəl Senatın 6 üzvü Azərbaycana qarşı ittihamları özündə əks etdirən, Fransa hökumətini və digər Aİ ölkələrini Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çağıran qətnamə təklif edib.
15 noyabr tarixinə təyin edilən qətnamə layihəsində Fransa hakimiyyətinin və digər Avropa İttifaqı ölkələrinin “Azərbaycandan idxal edilən qaz və neftə embarqo tətbiq etmək” çağırışı yer alıb, ölkəmiz Beynəlxalq Cinayət Məhkəməsi ilə təhdid edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO