Ukrayna Zaporojye istiqamətində mövqelərini gücləndirir

Ukrayna Zaporojye istiqamətində mövqelərini gücləndirir

Hazırda oxunan: Ukrayna Zaporojye istiqamətində mövqelərini gücləndirir

103947

Ukrayna Silahlı Qüvvələri Zaporojye istiqamətində ordu birləşmələrini gücləndirir. 

Bizim.Media “MK.ru”ya istinadən xəbər verir ki, bu barədə Zaporojye vilayəti administrasiyası şurasının üzvü Vladimir Roqov məlumat verib. 

O əlavə edib ki, Zaporojye istiqaməti Ukrayna ordusu üçün əsas istiqamətə çevrilir və Rusiyanın müdafiə xəttində kəşfiyyat aparılır. 

Roqovun dediklərinə görə, Rusiya ordusunun Xerson vilayətindən köçürülmüş hissəsi cəbhənin Zaporojyedə yerləşən hissəsinə köçürüləcək:

“Rusiya Silahlı Qüvvələri öz növbəsində müdafiə xəttini gücləndirir, çünki Ukraynanın haqqında sözügedən ərazidən hücuma keçmək üçün böyük qüvvə istifadə edəcəyi ehtimalı var”. 
“Ukrayna özü də gizlətmir ki, onların planı Berdyanska gedib çatmaq, bu istiqamətdə olan Vasilyevka, Poloqi və Melitopolu azad etməkdir” – Roqov bildirib. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO