Özbəkistanın Səmərqənd şəhərində Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının 9-cu iclası başlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə təşkilat məlumat yayıb.
Azərbaycanı xarici işlər nazirinin müavini Xələf Xələfov təmsil edir.
Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu Səmərqənddə keçirilən mətbuat konfransında bildirib ki, sabah ticarətin asanlaşdırılması ilə bağlı strateji sənəd, sadələşdirilmiş gömrük dəhlizi və yükdaşımalarla bağlı razılaşma sənədləri imzalanacaq.
MÖVZU İLƏ BAĞLI:
TDT liderlərinin Özbəkistanda zirvə GÖRÜŞÜ KEÇİRİLƏCƏK
Həmçinin, iclasda TDT-nin sabah keçiriləcək yığıncağında quruma üzv ölkələrin liderlərinin zirvə toplantısının gündəliyi və imzalanacaq sənədlər müzakirə olunur.
Bizim.Media