Ukraynanın Xarkov vilayətində rus şairi Aleksandr Sergeeviç Puşkinin abidəsi sökülüb.
Bizim.Media xəbər verir ki, yerli hakimiyyət orqanları 118 il Teatr Meydanında olan büstü poliqona göndərməyəcəyini açıqlayıb.
Belə ki, büstün hələlik muzeyə göndəriləcəyi bildirilib.
Məlumata görə, ukraynalılar abidənin taleyini müharibədən sonra müəyyənləşdirəcəklər.
Bizim.Media