İtaliya DERBİSİ – “Yuventus” “İnter”i məğlub etdi

İtaliya DERBİSİ – “Yuventus” “İnter”i məğlub etdi

Hazırda oxunan: İtaliya DERBİSİ – “Yuventus” “İnter”i məğlub etdi

103156

Noyabrın 6-da İtaliya A Seriyasının 13-cü turunun növbəti oyunu keçirilib. 

Bizim.Media xəbər verir ki, Turinin “Yuventus” klubu öz meydanında “İnter”i qəbul edib. 

“Allianz Stadium”da keçirilən qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. 

Oyunda hesabı 52-ci dəqiqədə Adrien Rabiot açıb. Son nöqtəni isə 84-cü dəqiqədə Nikolo Faqioli qoyub. 

Bununla da “Yuventus” 13 oyundan sonra 25 xal toplayaraq turnir cədvəlində 5-ci sırada qərarlaşıb. “İnter” isə 24 xalla 7-ci yerdədir. 

Qeyd edək ki, turnir cədvəlinə 13 oyundan sonra 35 xal toplayan “Napoli” başçılıq edir. 29 xalla “Milan” ikinci, iki xal az toplayan “Latsio” klubu isə üçündə sırada qərarlaşıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO