Alman kanslerinin Çinə səfəri Avropada \

Alman kanslerinin Çinə səfəri Avropada \"qıcıq\" yaradıb

Hazırda oxunan: Alman kanslerinin Çinə səfəri Avropada \"qıcıq\" yaradıb

102889

Bir çox Avropa ölkələri ilə Pekin arasında münasibətlərin soyuması fonunda Almaniya kansleri Olaf Şoltsun Çinə səfər etməsi bəzi Qərb dövlətləri tərəfindən birmənalı qarşılanmayıb.

Bizim.Media xəbər verir ki, bu barədə Fransanın nüfuzlu "Le Figaro" nəşri yazıb.

Məqalədə bildirilib ki, Şolts səfərə görə bir çox avropalı müttəfiqləri tərəfindən tənqid edilib və onun ümumi Avropa xəttinə qarşı hərəkət etdiyinə işarə olunub.
 

MÖVZU İLƏ BAĞLI:

Olaf Şolts Almaniyanın yeni kansleri seçildi


Nəşr yazır: "Almaniyanın Çinlə bağlı siyasəti yalnız Avropanın Pekinə qarşı siyasəti ilə uzlaşdlqda uğurlu ola bilər". Buna görə də Almaniya kansleri O.Şolts tərəfdaşlarına özünü izah etmək üçün Çinə yola düşməzdən bir neçə saat əvvəl "Politico" saytında məqalə dərc etməli olub.

Qeyd edək ki, Avropanın Pekinə qarşı doktrinası ondan ibarətdir ki, Çin bəzi sahələrdə, xüsusən də iqlim dəyişikliyi ilə bağlı danışıqlar aparmaq lazım olan tərəfdaş, bəzi sahələrdə rəqib, bəzi sahələrdə isə sistemli avtoritar rəqib olacaq.
Almaniya kanslerinin Pekinə səfərinə münasibət bildirən Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr üzrə Ali Nümayəndəsi Josef Borrell xəbərdarlıq edərək bildirib ki, İttifaq liderləri Çin Aİ-nin mövqeyinə uyğun olduğu müddətcə onunla bağlı öz mövqelərinə sahib ola bilərlər. Aİ-nin daxili bazar üzrə komissarı Terri Breton isə bunu daha diplomatik şəkildə ifadə edib: “Rusiya qazından asılı olduğumuza görə, Avropa keçmiş səhvlərini təkrarlamaqdan çəkinməlidir”.

Elvira Murad, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO