Ukrayna Prezidenti Volodimir Zelenski və türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.
Bizim.Media xəbər verir ki, bu barədə Zelenski şəxsi “Twitter” hesabında məlumat verib.
“Türkiyə Prezidenti Ərdoğana taxıl sazişinin qorunub saxlanmasında fəal iştirakına, Ukraynanın suverenliyi və ərazi bütövlüyünə verdiyi davamlı dəstəyə görə təşəkkür etdim”.
Zelenski telefon danışığı zamanı hərbi əsirlərlə bağlı söhbət aparıldığını da qeyd edib:
“Biz Ukrayna əsirlərinin və siyasi məhbusların qaytarılması ilə bağlı gələcək addımları müzakirə etdik. Həmçinin Türkiyənin dəstəyinə ümid edirəm”.
Bizim.Media
I thanked ?? President @RTErdogan for his active participation in preserving the grain deal, for his steadfast support of sovereignty and territorial integrity of Ukraine. We discussed further steps to return ?? POWs and political prisoners. I also count on support of ??.
— Володимир Зеленський (@ZelenskyyUa) November 2, 2022